• ANA SƏHİFƏ
  • HAQQIMIZDA
    • BİZİM MÜRACİƏTİMİZ
    • KARYERA
    • ENDIRMƏ MƏRKƏZİ
  • BEYNƏLXALQ YÜK DAŞIMALARI
    • HAVA YOLU ILƏ YÜK DAŞIMALARI
    • DƏNİZ YOLU İLƏ YÜK DAŞIMALARI
    • QURU YOLU İLƏ YÜK DAŞIMALARI
    • MULTİMODAL YÜK DAŞIMALARI
    • DƏMİR YOLU İLƏ YÜK DAŞIMALARI
  • DAŞIDIĞIMIZ YÜKLƏR
    • MAYE YÜKLƏR
    • TOPLU YÜKLƏR
    • ÜMUMI YÜKLƏR
    • QEYRİ STANDART ÖLÇÜLÜ YÜKLƏR
    • REJİMLİ YÜKLƏR
    • TƏHLÜKƏLİ YÜKLƏR
  • ƏLAVƏ XİDMƏTLƏR
    • YÜKLƏRİN SIĞORTALANMASI
    • GÖMRÜK QEYDİYYATI
  • ƏLAQƏ
EN RU

DAŞIDIĞIMIZ YÜKLƏR

  • DAŞIDIĞIMIZ YÜKLƏR
  • MAYE YÜKLƏR
  • TOPLU YÜKLƏR
  • ÜMUMI YÜKLƏR
  • QEYRİ STANDART ÖLÇÜLÜ YÜKLƏR
  • REJİMLİ YÜKLƏR
  • TƏHLÜKƏLİ YÜKLƏR

TƏHLÜKƏLİ YÜKLƏR

Təhlükəli yük – fövqəladə hadisə zamanı (yol nəqliyyat hadisəsi və s.) insan sağlamlığına / həyatına və ətraf mühitə zərər verə biləcəyi üçün xüsusi tədbirləri tələb edən bir yük növüdür.

“Təhlükəli” kateqoriyasına düşən yüklərin daşınmasını tənzimləyən xüsusi razılaşma və qaydalar mövcuddur:

-       ADR (Təhlükəli Yüklərin Yol Nəqliyyatı ilə Daşınmasına dair Avropa Sazişi, fr. Accord européen relatif au transport international des marchandises dangereuses par route, ADR) – bu Avropa dövlətlərinin təhlükəli yüklərin ölkələrarası daşınmasını tənzimləyən xüsusui sazişidir.

-       IMDG (International Maritime Dangerous Goods) – təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması.

-       ICAO-TI (Technical Instructions for The Safe Transport of Dangerous Goods by AIR) – təhlükəli yüklərin hava nəqliiyatı ilə daşınmasına dair qaydalar.

-       RID (International Regulations Concerning the Carriage of Dangerous Goods by Rail) - təhlükəli yüklərin dəmir yolu nəqliiyatı ilə daşınmasına dair saziş.

ADR normalari bütün Avropa birliyi dövlətlərində, həmçinin Qazaxıstan, Azərbaycan və Mərakeşdə keçərlidir.

BMT tərəfindən təhlükəli maddələrin xüsusi siyahısı hazırlanmışdır (3000 addan çox). Hər bir təhlükəli maddə bu siyahıda BMT-nin təhlükəli maddələr siyahısında identifikasiya nömrəsi adlanan dördrəqəmli koda malikdir. Bu koda əsasən daşınan maddənin tam adını bilmək mümkündür. 

Təhlükəli malların siyahısı növlərə bölünür və bir növə aid təhlükəli maddə yalnız ona aid qaydalar çərçivəsində daşınmalıdır. Bu növlər aşağıdakı xüsusiyyətlərə görə yaranmışdır:

    1.  Məhsulun daşınması zaman onun əsas təhlükəliliyi.

    2.  Daşınan zaman məhsulun fiziki vəziyyəti (sərt, maye, qaz).

 

Əgər birdən çox təhlükə olarsa, saziş əsas və ikinci dərəcəli təhlükələri müəyyənləşdirir. Süni yaradılan təhlükələr nəzərə alınmır.

 

Təhlükə növləri:   

    -    Partlayıcılıq,

    -    Alışqanlıq,

    -    Zəhərlilik,

    -    Korroziya,

    -    Radioaktivlik,

    -    Oksidləşmə (yanğın törətmə xüsusiyyəti).

 

Yüklər ADR sazişinin təsnifatlandırmasına əsasən təhlükəlilik növlərinə bölünür:

1 növ — partlayıcı maddələr və əşyalar;

2 növ — sıxılmış, maye və təzyiq altında mayeləşdirilmiş qazlar;

3 növ — tez alışan mayelər;

4.1 növ — tez alışan bərk maddələr;

4.2 növ — özü özünə alışan maddələr;

4.3 növ — su ilə təmas edən zaman yanar qaz ifraz edən maddələr;

5.1 növ — oksidləşdirici maddələr;

5.2 növ — orqanik peroksidlər;

6.1 növ — zəhərli maddələr;

6.2 növ — heyvan mənşəli və infeksion maddələrdən alınmış qaliq maddələr;

7 növ — radioaktiv maddələr;

8 növ — korroziyaya uğrayan maddələr;

9 növ — digər təhlükəli maddələr. 

 

Hər bir yük bir növə və ya alt növə aid edilir. Təhlükə növləri qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilir və mütləq müşaiyətedici sənədlərdə göstərilməlidir.

 

Təhlükəli yüklərin daşınmasını «CHEMTRAİLS TECH DMCC»-nin mütəxəssislərinə etibar etməklə siz aşağıdakı xidmətlərdən yaralanmış olursunuz:

•      Əlavə maddi yatırım etmədən qanunvericiliyin tələblərinə uyğun iş 

•      Təhlükəli yüklərin ətraf mühitə və insan sağlamlığına təsirinin istisnası

•      Daşınmanın istənilən mərhələsində keyfiyyətli iş və ekspertlərlə məsləhətləşmək imkanı

•      Şərtlərə zəmanət və hər mərhələdə nəticə əldə olunması

•      Bütün təhlükəsizlik qaydalarına və normalarına əməl olunması

 

Biz öz işimizdə ölkə daxilində və dünyada daşınmanı tənzimləyən keçərli sənədlərə əsaslanırıq. Bizə onlarla müxtəlif təşkilatlar etibar edirlər. Onların arasında farmaseptika şirkətləri, zavodlar, kimya şirkətləri, yanacaqdoldurma holdinqləri, boya istehsal edən fabriklər vardır.



Biz hal hazırda beynəlxalq yük daşımaları və gömrük sənədləşməsi ilə əlaqədar bütün xidmətləri göstəririk və istənilən çətinlikdə olan daşınma tapşırıqlarını "bütövlükdə" yerinə yetirik.

BEYNƏLXALQ YÜK DAŞIMALARI

  • » HAVA YOLU ILƏ YÜK DAŞIMALARI
  • » DƏNİZ YOLU İLƏ YÜK DAŞIMALARI
  • » QURU YOLU İLƏ YÜK DAŞIMALARI
  • » MULTİMODAL YÜK DAŞIMALARI
  • » DƏMİR YOLU İLƏ YÜK DAŞIMALARI

Sürətli keçid

  • » ANA SƏHİFƏ
  • » HAQQIMIZDA
  • » BEYNƏLXALQ YÜK DAŞIMALARI
  • » DAŞIDIĞIMIZ YÜKLƏR
  • » ƏLAVƏ XİDMƏTLƏR
  • » ƏLAQƏ

Copyright

© 2020 CHEMTRAİLS TECH DMCC. Bütün hüquqlar qorunur.
ASD Tasarım