• Chemtrails Tech Dmcc

    Multimodal
    Yük Daşımaları

    DETALLAR
  • Chemtrails Tech Dmcc

    Dəniz Yolu
    Yük Daşımaları

    DETALLAR
  • Chemtrails Tech Dmcc

    Quru Yolu

    Yük Daşımaları

    DETALLAR
  • Chemtrails Tech Dmcc

    Maden
    Endüstrisi

    KARYERA
2013-cü ildən

CHEMTRAİLS TECH DMCC

Biz Kimik?

Biz hal hazırda beynəlxalq yük daşımaları və gömrük sənədləşməsi ilə əlaqədar bütün xidmətləri göstəririk və istənilən çətinlikdə olan daşınma tapşırıqlarını "bütövlükdə" yerinə yetirik.

Avropanın, Asiyanın və Amerikanın əsas ölklərini əhatə edən geniş əməkdaşlıq şəbəkəsinin üzvü olmamız bizə daşınmanın həyata keçirilməsi üçün optimal marşurutun seçilməsinə və çatdırılmanın vaxtında yerinə yetirilməsinə imkan yaradır.

Biz nəqliyyatın bütün növləri ilə işləyirik və istənilən kateqoriyada malın gömrük sənədləşmə xidmətlərini göstərməyə hazırıq.
DAHA ÇOX OXU

Daşıdığımız Yüklər

Göndəriş və qəbul nöqtələri arasında yük daşımalarının özəlliyi daşınan yükün xüsusiyyətlərindən asılıdır. Yüklər bir neçə növə bölünür:
  • Toplu Maye Yüklər
  • Toplu Quru Yüklər
  • Ümumi Yüklər
  • Qeyri Standart Ölçülü Yüklər
  • Rejimli Yüklər
  • Təhlükəli Yüklər
Fəaliyyət Sahələrimiz

Beynəlxalq Yük Daşımaları

HAVA YOLU ILƏ YÜK DAŞIMALARI

Əgər Sizin üçün yükün çatdırılma vaxtının tezliyi vacibdirsə, bu halda malınızın ən sürətli şəkildə çatdırma üsülu hava yolu ilə yük daşımasıdır. Hava yolu ilə yüklərin daşınması ən sürətli və ən etibralı yük daşıma üsullarındandır. Sürətinə görə hava yolu ilə yük daşıma quru yolu və dəmir yolu ilə yük daşımalarından bir neçə dəfə sürətlidir. Hava yolu ilə beynəlxalq yük daşımaları sayəsində Siz malın göndəricidən alıcya qədər olan çatdırlma prossesini qısaltmış olarsınız. 

Fəaliyyət növlərimizdən biri də istənilən çətinlik kateqoriyasına aid yüklərin hava yolu ilə daşınmasıdır. Hava nəqliyyatı ilə yük daşımaları Azərbaycandan, MDB və Balitikyanı ölkələr, Mərkəzi və Qərbi və Şərqi Avropa, Yaxın Şərq, Mərkəzi və Cənub Şərqi Asiya, Avstraliya, Afrika və həmçinin Çimali və Cənubi Amerikaya müntəzəm həyata keçirilən sərnişin, karqo, çarter təyyarə reysləri ilə həyata keçirilir.

Hava yolu ilə yük daşımaların dəyəri (tariflər) bu günkü gün üçün yükün çəkisindən, ölçülərindən və təhlükəlilik dərəcəsindən asılıdır. Hava yolu ilə yük daşımalarında minimum ödəniləcək çəki 30 kq təşkil edir. Yükün dəyəri sadəcə onun çəkisindən deyil həm də onun həcmindən asılıdır (həcm çəkisi). Qüvvədə olan qanunlara əsasən həcmi olan yük 1 kq-nın həcmi 0.006 kubmetrdən çox olan yükə deyilir, yəni 1 kub metr yükün həcmi 167 kq-dan çox olmamalıdır. Həcmli yükün hesablanması üçün aşağıdakı düsturdan istifadə olunur: Həcmli yük = uzunluq x en x hündürlük (sm) / 6000. Əgər verilən düsturla hesablanmış çəki faktiki çəkidən çox olarsa, o zaman karqo yükün dəyəri həcm çəkisinə görə hesablanacaqdır.

Qabaqcıl aviaşirkətlərlə (Singapore Airlines, Lufthansa Cargo, Turkish Airlines, DHL Aviation, Emirates, Hong Kong Airlines, Cargolux Airline International, ATLAS Air, Evegreen International Airlines, PolarAir, Volga-Dnepr Airlines, JetEx Flight Support, Antonov Airlines, Polet Cargo Airlines və s.) və Bakı hava limanında xidmət göstərən qurumlarla qurulmuş uzunmüddətli əməkdaşlığın nəticəsində yükün marşurutundan asılı olmayaraq sabit və yüksək keyfiyyətli daşınması həyata keçirilir.

Beynəlxalq yüklərin hava nəqliyyat ilə daşınması xidmətlərini təklif edərkən «CHEMTRAİLS TECH DMCC» şirkəti özünün təcrübəsinə və böyük aviaşirkətlərlə olan partnyorluq əlaqələrinə əsaslanır. Bu əlaqələr birbaşa hava limanlarında idxal-ixrac əməliyyatlarının normativ sənədlə uyğun olaraq ən qısa müddətdə həyata keçirilməsinə imkan yaradır. Yükü təhvil verən zaman yük sahibi yükün qorunacağından və vaxtında çatdırılacağından əmin ola bilər.

Yükün təyyarə ilə çatdırılması üçün lazım olan məlumatlar: 

-          Malın növü (adı)

-          Yükün çəkisi

-          Yüklənmə yeri və son ünvanı

-          Yükün həcmi və parametrləri (yükün növündən asılıdır) 

 

Bizim daimi müştərilər - milyonlarla alıcıların rəğbətini qazanmış aparıcı dünya şirkətləridir. Bununla bərabər biz yeni partnyorlarla işləməkdə daim maraqlıyıq.

 

Detallar »

DƏNİZ YOLU İLƏ YÜK DAŞIMALARI

«CHEMTRAİLS TECH DMCC» dəniz və çay nəqliyyat növləri ilə də beynəlxalq yüklərin daşınmasını həyata keçirir.  Məşhur gəmi və konteyner şirkətləri ilə etibarlı əməkdaşlıq əlaqələri bizə istənilən çətinlik kateqoriyasına malik yüklərin daşınmasını həyata keçirməmizə imkan yaradır.

Dəniz yolu ilə daşınılan yüklərin kateqoriyaları:

-  Standart 

-  Qeyri standart ölçülü (ağır tonnajllı, böyük həcmli və kiçik həcmli)

-  Təhlükəli, xüsusi rejim tələb edən və dəyərli yüklər

-  Tez xarab olan, xüsusi saxlama şəraiti tələb edən 

-  Toplu halda, quru ve maye halında yüklər

 

Dəniz yolu ilə yüklərin daşınması yük daşımaları içərisində ən çox əmək tələb edən və tam müstəqil olmayan daşınma üsullarındandır. Dəniz yolu ilə konteyner daşınmaları tərəfimizdən ən qısa zamanda bütün mövcud norma və tələblərə uyğun şəkildə həyata keçirilir.


Biz optimal multimodal sxemlərlə (quru yolu və ya hava yolu daşınması ilə birgə dəniz yükü) yük daşımalarını həyata keçirir və həmçinin tələb olunan aşağıdakı servis xidmətlərini də kompleks şəkildə təmin edirik:

-  yükün konsolidasiyası;

-  sığortalama, portda sənədləşmə işləri;

-  qoruma, müşaiyət və ekspedisiya;

-  yükləmə-boşaltma işləri;

-  təhlükəli yüklərin dəniz yolu ilə daşınması.

 

Dəniz yolu ilə konteyner daşımalarının bir çox üstünlükləri vardır:

  • -  bu dəniz yolu ilə yük daşımalarının daha mobil növüdür;
  • -  bu daşınma sərfəli qiymətə və yüksək təhlükəsizlik dərəcəsinə malikdir;
  • -  universal konteynerlərin standart ölçüləri daşınan yükün miqdarının və həcminin dəqiq hesablanmasına imkan verir.


Şirkətimizin mütəxəssisləri Sizin üçün yüklərin son təyinat nöqtəsinə vaxtında və keyfiyyətli şəkildə daşınması üçün individual daşınma sxemini işləyib təklif edəcəklər. Əməkdaşlarımız yük daşımalarının optimal marşurutunu, tarifini və yekun dəyərini müəyyənləşdirəcəklər. Müvəffəqiyyətli bir daşınmanın əsas şərtləri - düzgün logistik sxemin qurulması, düzgün sənədləşmə işləri, hüquqi müşaiyət və qüsursuz təşkilatçılıq - «CHEMTRAİLS TECH DMCC» sizə məhz bunları təklif edir.


Dəniz nəqliyyatı vasitəsilə yüklərin daşınması təhlükəsizlik və sərfəli qiymətinə görə aparıcı yerlərdən birini tutmaqdadır. Biz yükün əldə olunan razılaşma çərçivəsində effektiv və keyfiyyətli şəkildə daşınacağına zəmanət veririk.

Detallar »

QURU YOLU İLƏ YÜK DAŞIMALARI

Ölkə daxilində yüklərin sürətli daşınması məsələsi fiziki və hüquqi şəxslər üçün aktual olaraq qalmaqdadır. Avtomobil yollarının çoxluğu və müxtəlifliyi dünyanın ən ucqar nöqtələrinə belə getməyə imkan yaratdığı üçün bu gün yüklərin quru yolu ilə daşınması daha optimal seçim hesab olunur. Xidmətlərin dəyəri optimal olaraq müasir texnologiyalar məsafədən asılı olmayaraq bütün vaxt ərzində yükün tamlığını və qorunmasını təmin edir.

«CHEMTRAİLS TECH DMCC» istənilən təyinat növünə aid - tez xarab olan, ağır tonnajlı, təhlükəli və s. - yüklərin maksimum dərəcədə etibarlı və sürətli daşınmasını həyata keçirir. Siz təyinat nöqtəsini bildirirsiniz və biz marşurutu hazırlayırıq, ehtiyac olduğu halda xüsusi konteynerlərdən istifadə edərək vaxtında və təhlükəsiz çatdırmaya zəmanət veririk.

Avtomobil ilə yük daşımalarının üstünlüyü onun dəyərində, tezliyində və etibarlılığındadır. Biz öz öhdəliklərimizin yerinə yetirilməsinə maksimum məsuliyyətlə yanaşırıq və müştəriyə yükünün yerləşmə nöqtəsini istənilən vaxt izləməsi üçün imkanlar yaradırıq.  Bu məqsədlə şirkətin bütün maşınları hərəkətə nəzarət edən avadanlıqlarla təchiz olunublar.

Yükün təyinatından asılı olaraq icazə sənədləri hazırlanır, ehtiyac olan halda müşaiyət üçün əməkdaş da təyin olunur. Yükləmə, boşaltma, paketləmə, anbarda saxlama kimi şirkətimizin təqdim etdiyi əlavə xidmətlər bu prosesi asanlaşdırır.  Qapıdan-qapıya çatdırılma da mümkündür, yükün çatdırılması zamanı müştəriyə bildiriş verilir.

«CHEMTRAİLS TECH DMCC» Azərbaycan və eləcə də Avropa və Asiyanın digər ölkələrində də quru yolu vasitəsilə yük daşımalarıyla məşğuldur. Partnyorlarımız arasında çatdırılma xidmətləri ilə məşğul olan məşhur və etibarlı şirkətlər çoxdur. Tabeliyimizdə olan avtomobil təchizatı ilə biz müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərməyə hazırıq. Hər bir nəqliyyat vasitəsi yola çıxmamışdan öncə hərtərəfli baxış və diaqnostikadan keçirilir ki bu da yolda texniki nasazlıqların və digər problemlərin yaranmasının qarşısını alır.

Şirkətimizin üstünlüyü marşurut və avtomobil magistrallarını bütün incəlikləri tanıyan yük daşıma sahəsində təcrübəli işçilərin və sürücülərin olmasıdır. Bizim tərəfimizdən daşınma üçün çəkilən maliyyə xərclərinin və daşınma müddətinin azaldan fərdi sxemlər işlənib hazırlanır.

Detallar »

MULTİMODAL YÜK DAŞIMALARI

Multimodal yük daşımalarımalın bir sifarişlə lakin ən azı iki nəqliyyat növü ilə daşınmasıdır.  Beləliklə kombinə olunmuş bir yük daşımasında hava yolu, dəniz yolu, dəmir yolu və quru yolu nəqliyyatından istifadə oluna bilər.

 

Multimodal yük daşımasının əsas üstünlüyü ondan ibarətdir ki, onu bir nəqliyyat-daşınma şirkəti həyata keçirir. Bunun müqabilində xidmətlərin dəyəri azaldılmış, optimal marşurutun seçilməsi və mübahisəli məslələlərin qərarlaşdırılması vaxtı qısaldılmış olur. Həmçinin yükün daşınması və qorunmasına dair maddi və hüquqi məsuliyyəti də bir şirkət daşıyır.

 

Multimodal çatdırmanın tez tez rasst gəlinən sxemi belə olur: yük sahibindən təhvil alınır, quru yolu ilə ən yaxın porta kimi daşınır. Daha sonra o dəniz yolu ilə lazımi ölkənin portuna kimi daşınır. Orada yük ya avtomobilə ya da dəmir yolu qoşqularına qoyularaq alıcıya çatdırılır.

 

Bu gün məhz multimodal yük daşımalarının sayəsində biz nəqliyyat vasitələrini düzgün kombinasiya etməklə və müştərinin sərf olunan vaxtını və maliyyə xərclərini azaltmaqla “qapıdan qapıya” təslim etməyə qadirik. Kombinə edilmiş yük daşımaları yükün dünyanın istənilən yerindən birbaşa alıcıya çatdırılmasına imkan verir.


Bizim mütəxəssislər bütün tələbləri diqqətə alaraq və daşınmanın bütün mərhələlərini yoxlayaraq marşurutu işləyib hazırlayırlar. Yüklərin multimodal şəkildə daşınması üçün yüklər daha çox çoxlu istifadə üçün nəzərdə tutulan konteynerlərdə qablaşdırılırlar. Bu yükün başqa nəqliyyat vasitəsinə köçürülməsi və daşınması zamanı onun zədələnmə riskini azaldır.


«CHEMTRAİLS TECH DMCC» malların müxtəlif nəqliyyat vasitəsilə daşınması təcrübəsinə sahibdir. Bizim sahib olduğumuzlar aşağıdakılardır:

    •  təcrübəli müttəxəssis komandası

    •  limanlarda və dəmir yolu stansiyalarında olan partnyorlarımızın və həmçinin konteyner sahiblərinin etibarını qazanmış geniş şəbəkəmiz.


Xidmətlərin həyata keçirilməsi zamanı tərəfimizdən aşağıdakı prinsiplərə riayət olunur:

    •  nəqliyyat növünün seçilməsi, köçürülmə nöqtələrinin seçilməsi, gömrük sənədləşdirməsi məsələləri də daxil olmaqla daşınma marşurutunun başlanğıcdan son təyinat nöqtəsinə qədər hərtərəfli işlənib hazırlanması
    •  yükün yerləşdiyi məkan barəsində müştəriyə ətraflı məlumatın verilməsi
    •  nəqliyyat və müşaiyət edici sənədlərin düzgün tərtibatı
    •  prosses zamanı bütün risklərin sığortalanması də daxil olmaqla ehtiyac olan kompleks xitmətlərin göstərilməsi  

 

«CHEMTRAİLS TECH DMCC» dünyanın bütün hava və dəniz limanlarında, dəmir yolu stansiyalarında təmsilçilik şəbəkəsinə sahibdir. Biz yalnız etibarlılığı sübut olunmuş partnyorlarla işləyirik. Biz yükün marşurutu boyunca bütün kompleks xidmətləri göstəririk. Daşınma sxeminin hazırlanması zamanı bütün incəliklər diqqətə alınır, bura yükün vəziyyəti, çatdırma müddəti, köçürülmələr üçün optimal yerlər, nəqliyyatın növü və gömrük sənədəşmələrinin həyata keçiriləcəyi yerlər daxildir.

Detallar »

DƏMİR YOLU İLƏ YÜK DAŞIMALARI

Yüklərin böyük miqdarda və sərfəli qiymətə daşınma imkanina görə, dəmir yolu nəqliyyatı ilə yük daşımalarına böyük tələbat vardır.

Dəmir yolu konteynerləri standart ölçülərə sahibdirlər və ehtiyac olduğu halda onları nəqliyyatın istənilən növü ilə - avtomobil, hava və ya dəniz nəqliyyatı ilə daşımaq mümkündür. Beynəlxalq dəmir yolu nəqliyyatı xüsusi ehtiyat tələb edən tez qırılan yüklərin “qapıdan qapıya” daşınması üçün ən təhlükəsiz daşınma növüdür.

Dəmir yolu daşımalarında digər daşınma növlərindən fərqli olaraq müştəri itkidən, və ya daşınan yükün zədələnməsindən maksimum dərəcədə sığortalanmışdır.

Dəmir yolu daşımalarının digər daşınma növlərindən üstünlüyü onun qoşqu növlərinin çoxluğu nəticəsində müxtəlif parametrli yüklərin istənilən məsafəyə daşınmasına imkan verməsindədir. Biz Sizə dəmir yolu daşımaları üçün bütün növ vaqonları təklif edirik: yük (bağlı və platfortmalar), həmçinin xüsus təyinatlı (soyuduculu, sisternalar və digər xüsusi vaqonlar)

Yüklərin dəmir yolu daşınması beynəlxalq daşımalarda ən geniş yayılan növlərindən biridir. Bunun səbəbi aşağıdakılardır: 

   bütün qitələrdə yerləşən ölkələri əhatə edən inkişaf etmiş dəmir yolu magistralı;

   hava şərtlərindən kəskin asılılığın olmaması;

   ağır tonnajlı və qeyri standart həcmə malik yüklərin daşınması;

   vaqonların tutumu və yükgötürmə qabiliyyəti;

   bəlli məhsullar üçün xüsusi düzəldilmiş vaqonların mövcudluğu.

 

«CHEMTRAİLS TECH DMCC» öz müştərilərinə istənilən növ yükün beynəlxalq dəmir yolları ilə daşınması üçün tam xidmətlər təklif edir:

    optimal çatdırma marşurutunun təyin edilməsi;

    stansiyadan anbara və əks istiqamətdə avtomobil ilə çatdırılma;

    yükün yerləşdiyi yer barədə müştəriyə məlumatın verilməsi;

    yükün anbarda və ya müvəqqəti saxlama anbarında yerləşdirilməsi;

    yükün bərkidilməsi sxemi və onun razılaşdırılması;

    bütün lazımi sənədləşmə işləri;

    dəmir yolu tariflərinin hesablanması və ödənməsi;

    yükləmə boşaltma işləri.

 

Detallar »
Bütün iş sahələrimiz +

Əsas hədəflərimiz

Bizimlə əlaqə saxlayın

  • CHEMTRAİLS TECH DMCC
    2002 Jumeirah Bay 2, Cluster X,
    Jumeirah Lake Towers, Dubai
    United Arab Emirates, UAE
  • E-Poçtinfo@chemtrailstech.com