• ANA SƏHİFƏ
  • HAQQIMIZDA
    • BİZİM MÜRACİƏTİMİZ
    • KARYERA
    • ENDIRMƏ MƏRKƏZİ
  • BEYNƏLXALQ YÜK DAŞIMALARI
    • HAVA YOLU ILƏ YÜK DAŞIMALARI
    • DƏNİZ YOLU İLƏ YÜK DAŞIMALARI
    • QURU YOLU İLƏ YÜK DAŞIMALARI
    • MULTİMODAL YÜK DAŞIMALARI
    • DƏMİR YOLU İLƏ YÜK DAŞIMALARI
  • DAŞIDIĞIMIZ YÜKLƏR
    • MAYE YÜKLƏR
    • TOPLU YÜKLƏR
    • ÜMUMI YÜKLƏR
    • QEYRİ STANDART ÖLÇÜLÜ YÜKLƏR
    • REJİMLİ YÜKLƏR
    • TƏHLÜKƏLİ YÜKLƏR
  • ƏLAVƏ XİDMƏTLƏR
    • YÜKLƏRİN SIĞORTALANMASI
    • GÖMRÜK QEYDİYYATI
  • ƏLAQƏ
EN RU

ƏLAVƏ XİMDƏTLƏR

  • ƏLAVƏ XİMDƏTLƏR
  • YÜKLƏRİN SIĞORTALANMASI
  • GÖMRÜK QEYDİYYATI

YÜKLƏRİN SIĞORTALANMASI

Hər hansı bir malın daşınması zamanı yollarda qəzalar, bərkitmələrin qopması və s. kimi təsadüfi xoşagəlməz hadisələrdən yayınmaq çətindir.  Nəqliyyat firması yolda olan zaman sizin əmanətiniz üçün məsuliyyət daşısa da bəzi incəliklər mövcuddur. Bu səbəbdən itkilərə məruz qalmamaq üçün vaxt itirmədən sığortaya müraciət etmək lazımdır.  İrəlidə biz bunu necə etməli olduğunuzdan və «CHEMTRAİLS TECH DMCC»-nin yüklərinizin sığortlanmasında sizə necə dəstək olacağından bəhs edəcəyik.

 

A nöqtəsindən B nöqtəsinə daşınma zamanı yük çoxlu risk qarşısında qalır. Nəqliyyat – quru, dəniz, hava yolu – qəzaya uğraya, suda bata, yol nəqliyyat hadisəsinə uğraya bilər. Yük islana bilər, xarab ola bilər, onu oğurlaya, gömrükdə saxlaya və ya müsadirə edə bilərlər. Dəymiş zərərə və ya tamamilə itirilmiş mal varlığına görə kompensasiya almaq üçün və mümkün risklərə görə təhlükədən qorunmaq üçün yükü sığortalamaq lazımdır.


Sığortanın əsas məqsədləri:

    •    əmlakın qorunmasının təmin olunması;
    •    yük sahiblərinin maraqlarının qorunması;
    •    sığorta hallarına nəzarət;
    •    siğorta hadisələrinin tənzimlənməsi – sığorta hadisəsi baş verdiyi zaman yük sahibinin itkilərinin qarşılanması.

 

Mövcud qanunvericiliyə əsasən yüklərin sığorta şirkətləri tərəfindən qorunması daşınmanın məcburi öhdəliklərinə daxil deyildir. Yük sahibinin yükləri sığortalaması məcburi deyil və sığorta polisinin qeydiyyatı tamamilə könüllü xarakter daşımaqdadır.

 

Hansı yükləri sığortalamaq olar

Demək olar ki bütün növ yüklər və daşınmalar sığortalana bilər. Hər şeyi qorumaq olar, neft məhsullarıdan tutmuş şüşə və xrustaldan hazırlanmış əşyalara kimi. Yüklərin sığortalanma növləri yükün daşınma vasitələrinə görə də təsnifatlandırılır.  Hər bir vasitə aşağıda verilən xüsusiyətlərə malikdir.

1-ci növ. Hava yolu ilə daşınmaların sığortası

Hava yolu daşınmaları - daşınmanın ən yeni və ən perspektivli növüdür. Bu üsulun əsas üstünlüyü - çatdırmanın sürətliyidir. 

Böyük obyektlər və ya avadanlıqlar üçün yüksəktutumlu yük təyyarələrindən istifadə olunur. Bəzi insanların tərəddüdlü yanaşmalarına baxmayaraq sığortaçılar daşınmanın bu növünə ən təhlükəsiz daşınma olaraq yanaşırlar.

Əmlakın zərər görməsi və ya tam məhv olma ehtimalı minimal səviyyədədir, sığorta riskləri isə aşağıdır. Lakin bəzi kateqoriyadan olan yüklər üçün (dəyərli ofis texnikaları, elektronika məhsulları) oğurlanma riski vardır.  Xüsusən bir çox hallarda yüklər hava nəqliyyatı zamanı son dayanacaq nöqtəsinə qədər olan məsafədə yerləşən müvəqqəti dayanacaq məntəqələrində itirlər.

2-ci növ. Dəniz yolu ilə daşınan yüklərin sığortası

Dəniz yolu ilə yükdaşımalarının tarixi yüzillər öncəsinə aiddir. Ispanlar dəniz yüklərini “cargo” adlandırıdılar və beləliklə bu söz beynəlxalq yük kimi istifadə olunmağa başlanıldı.

Dəniz nəqliyyatı böyük risklərlə əlaqəlidir: yükləmə və boşaltma zamanı yüklər zədələnə bilər, eyni zamanda yükün bütövlüyü və vaxtında çatdırılması ciddi şəkildə hava və saxlama şərtlərindən asılıdır. 

Lakin bir çox hallarda yükün son mənzilə çatdırılması üçün yeganə daşınma yolu yükün su nəqliyyatı ilə daşınmasıdır.  Xüsusilə də bu ölkələr arası xarici ticarətə aiddir. Su ilə taxıl, texnika, mal qara və başqa yüklər daşınır.

Dəniz yolu ilə yük daşımaları marşurutun çətinliyindən, uzunluğundan və s. faktorlardan asılı olaraq hissə hissə və ya bütünlüklə sığorta olunur.  Bu daşınma növündə daha az oğurluq riski olsa da dəniz suyunun gəminin göyərtəsinə düşməsi nəticəsində yükün islanaraq zərər görməsi mümkündür. 

3-cü növ. Dəmir yolu ilə yük daşınmalarının sığortası

Gündəlik olaraq dəmir yolu ilə yüzlərlə ton sənaye və kommersiya tipli yüklər daşınır.  Dünyada bu nəqliyyat növü xüsusilə regionlar arasında uzun məsafələrə və nisbətən sərfəli qiymətə görə tanınır.

Dəmir yolu ilə yük daşımaları zamanı risklər daha az saydadır: 
    •    relslərdən çıxma və ya qeyri düzgün manevretmə zamanı yükün zədələnməsi;
    •    qablaşdırmanın hermetikliyinin zədələnməsi;
    •    hava şərtləri ilə əlaqədar zədələnmə;
    •    oğurluq.

Dəmir yolu ilə yük daşımalarının sığortası - çınqıl, filiz, kömür, oduncaq kimi xüsusi qorunmasına ehtiyac olmayan yüklərin daşınması səbəbindən yetəri qədər nadir hallarda rast gəlinən sığorta növüdür.

 4-cü növ. Avtomobillə daşınan yüklərin sığortası

Avtomobil ilə daşınan yüklər makismal dərəcədə yüksək riskli hesab olunurlar. Yollarda yükün oğurlanması, zədələnməsi, qaçırılması kimi çoxlu sayda qəzalar və digər hallar baş verir. Fırıldaqçılıq, saxtakarlıq, sənədlərin saxtalaşdırılması və s. qeyri-qanuni əməllərin törədilməsi ehtimalı böyükdür.

Birdəfəlik və periodik daşınmaların sığortası

Müqavilələrin müddəti fərqli ola bilər.  Bu şərtlərdən asılı olaraq yüklərin sığortası birdəfəlik və periodik sığortalara ayrılırlar. Birdəfəlik sığorta - sığortaçının hesabına vəsaitlər keçdikdən sonra 30-60 gün qüvvədə olan müqavilə ilə xüsusi daşınmanı əhatə edən sığorta növüdür.

Periodik çatdırmaların sığortası zamanı bir müqavilə (adətətn illik) eyni tipli yük partiyalarının qorunmasını nəzərdə tutur. Sığorta edən bu halda sığortaçını daşınma barədə məlumatlandırmalı, digər tərəf isə öz növbəsində individual sığorta şəhadətnaməsi verməlidir. Bu tip qoruma növünün tətbiqi müqaviləyə xüsusi əlavə - bordro (çıxarış) olmasını tələb edir.  Çıxarışda xüsusi şərtlər və həcm göstərilməklə bütün daşınmaların siyahısı əks olunur. Sığorta haqqı müqavilənin keçərli olduğu müddət ərzində bəlli hallar üçün və ya müəyyən bir müddət ərzində hesablanıla bilər. 



Biz hal hazırda beynəlxalq yük daşımaları və gömrük sənədləşməsi ilə əlaqədar bütün xidmətləri göstəririk və istənilən çətinlikdə olan daşınma tapşırıqlarını "bütövlükdə" yerinə yetirik.

BEYNƏLXALQ YÜK DAŞIMALARI

  • » HAVA YOLU ILƏ YÜK DAŞIMALARI
  • » DƏNİZ YOLU İLƏ YÜK DAŞIMALARI
  • » QURU YOLU İLƏ YÜK DAŞIMALARI
  • » MULTİMODAL YÜK DAŞIMALARI
  • » DƏMİR YOLU İLƏ YÜK DAŞIMALARI

Sürətli keçid

  • » ANA SƏHİFƏ
  • » HAQQIMIZDA
  • » BEYNƏLXALQ YÜK DAŞIMALARI
  • » DAŞIDIĞIMIZ YÜKLƏR
  • » ƏLAVƏ XİDMƏTLƏR
  • » ƏLAQƏ

Copyright

© 2020 CHEMTRAİLS TECH DMCC. Bütün hüquqlar qorunur.
ASD Tasarım