Hər hansı bir malın
daşınması zamanı yollarda qəzalar, bərkitmələrin qopması və s. kimi
təsadüfi xoşagəlməz hadisələrdən yayınmaq çətindir. Nəqliyyat firması
yolda olan zaman sizin əmanətiniz üçün məsuliyyət daşısa da bəzi
incəliklər mövcuddur. Bu səbəbdən itkilərə məruz qalmamaq üçün vaxt itirmədən
sığortaya müraciət etmək lazımdır. İrəlidə biz bunu necə etməli
olduğunuzdan və «CHEMTRAİLS TECH DMCC»-nin yüklərinizin sığortlanmasında sizə necə dəstək
olacağından bəhs edəcəyik.
A nöqtəsindən B nöqtəsinə daşınma zamanı yük çoxlu risk qarşısında qalır. Nəqliyyat – quru, dəniz, hava yolu – qəzaya uğraya, suda bata, yol nəqliyyat hadisəsinə uğraya bilər. Yük islana bilər, xarab ola bilər, onu oğurlaya, gömrükdə saxlaya və ya müsadirə edə bilərlər. Dəymiş zərərə və ya tamamilə itirilmiş mal varlığına görə kompensasiya almaq üçün və mümkün risklərə görə təhlükədən qorunmaq üçün yükü sığortalamaq lazımdır.
Sığortanın
əsas məqsədləri:
• əmlakın qorunmasının təmin olunması;
• yük
sahiblərinin maraqlarının qorunması;
• sığorta
hallarına nəzarət;
• siğorta
hadisələrinin tənzimlənməsi – sığorta hadisəsi baş verdiyi zaman yük sahibinin
itkilərinin qarşılanması.
Mövcud qanunvericiliyə
əsasən yüklərin sığorta şirkətləri tərəfindən qorunması daşınmanın məcburi
öhdəliklərinə daxil deyildir. Yük sahibinin yükləri sığortalaması məcburi deyil
və sığorta polisinin qeydiyyatı tamamilə könüllü xarakter daşımaqdadır.
Hansı
yükləri sığortalamaq olar
Demək olar ki bütün növ yüklər və daşınmalar
sığortalana bilər. Hər şeyi qorumaq olar, neft məhsullarıdan tutmuş şüşə və
xrustaldan hazırlanmış əşyalara kimi. Yüklərin sığortalanma növləri yükün
daşınma vasitələrinə görə də təsnifatlandırılır. Hər bir vasitə aşağıda
verilən xüsusiyətlərə malikdir.
1-ci
növ. Hava yolu ilə daşınmaların sığortası
Hava yolu daşınmaları - daşınmanın
ən yeni və ən perspektivli növüdür. Bu üsulun əsas üstünlüyü - çatdırmanın
sürətliyidir.
Böyük obyektlər və ya avadanlıqlar
üçün yüksəktutumlu yük təyyarələrindən istifadə olunur. Bəzi insanların
tərəddüdlü yanaşmalarına baxmayaraq sığortaçılar daşınmanın bu növünə ən
təhlükəsiz daşınma olaraq yanaşırlar.
Əmlakın zərər görməsi və ya tam məhv
olma ehtimalı minimal səviyyədədir, sığorta riskləri isə aşağıdır. Lakin
bəzi kateqoriyadan olan yüklər üçün (dəyərli ofis texnikaları, elektronika məhsulları)
oğurlanma riski vardır. Xüsusən bir çox hallarda yüklər hava
nəqliyyatı zamanı son dayanacaq nöqtəsinə qədər olan
məsafədə yerləşən müvəqqəti dayanacaq məntəqələrində itirlər.
2-ci
növ. Dəniz yolu ilə daşınan yüklərin sığortası
Dəniz yolu ilə yükdaşımalarının tarixi yüzillər öncəsinə aiddir. Ispanlar dəniz yüklərini “cargo” adlandırıdılar və beləliklə bu söz beynəlxalq yük kimi istifadə olunmağa başlanıldı.
Dəniz nəqliyyatı böyük risklərlə əlaqəlidir: yükləmə və boşaltma zamanı yüklər zədələnə bilər, eyni zamanda yükün bütövlüyü və vaxtında çatdırılması ciddi şəkildə hava və saxlama şərtlərindən asılıdır.
Lakin bir çox hallarda yükün son mənzilə çatdırılması üçün yeganə daşınma yolu yükün su nəqliyyatı ilə daşınmasıdır. Xüsusilə də bu ölkələr arası xarici ticarətə aiddir. Su ilə taxıl, texnika, mal qara və başqa yüklər daşınır.
Dəniz yolu ilə yük daşımaları marşurutun çətinliyindən, uzunluğundan və s. faktorlardan asılı olaraq hissə hissə və ya bütünlüklə sığorta olunur. Bu daşınma növündə daha az oğurluq riski olsa da dəniz suyunun gəminin göyərtəsinə düşməsi nəticəsində yükün islanaraq zərər görməsi mümkündür.
3-cü növ. Dəmir yolu ilə yük daşınmalarının sığortası
Gündəlik olaraq dəmir yolu ilə
yüzlərlə ton sənaye və kommersiya tipli yüklər daşınır. Dünyada bu
nəqliyyat növü xüsusilə regionlar arasınd
Dəmir yolu ilə yük daşımaları zamanı
risklər daha az saydadır:
• relslərdən
çıxma və ya qeyri düzgün manevretmə zamanı yükün zədələnməsi;
• qablaşdırmanın
hermetikliyinin zədələnməsi;
• hava şərtləri
ilə əlaqədar zədələnmə;
• oğurluq.
Dəmir yolu ilə yük daşımalarının
sığortası - çınqıl, filiz, kömür, oduncaq kimi xüsusi qorunmasına ehtiyac
olmayan yüklərin daşınması səbəbindən yetəri qədər nadir hallarda rast gəlinən
sığorta növüdür.
4-cü növ. Avtomobillə daşınan yüklərin sığortası
Avtomobil ilə daşınan yüklər makismal
dərəcədə yüksək riskli hesab olunurlar. Yollarda yükün oğurlanması,
zədələnməsi, qaçırılması kimi çoxlu sayda qəzalar və digər hallar baş
verir. Fırıldaqçılıq, saxtakarlıq, sənədlərin saxtalaşdırılması və s.
qeyri-qanuni əməllərin törədilməsi ehtimalı böyükdür.
Birdəfəlik
və periodik daşınmaların sığortası
Müqavilələrin müddəti fərqli ola
bilər. Bu şərtlərdən asılı olaraq yüklərin sığortası birdəfəlik və
periodik sığortalara ayrılırlar. Birdəfəlik sığorta - sığortaçının
hesabına vəsaitlər keçdikdən sonra 30-60 gün qüvvədə olan müqavilə ilə
xüsusi daşınmanı əhatə edən sığorta növüdür.
Periodik çatdırmaların sığortası zamanı bir müqavilə (adətətn illik) eyni tipli yük partiyalarının qorunmasını nəzərdə tutur. Sığorta edən bu halda sığortaçını daşınma barədə məlumatlandırmalı, digər tərəf isə öz növbəsində individual sığorta şəhadətnaməsi verməlidir. Bu tip qoruma növünün tətbiqi müqaviləyə xüsusi əlavə - bordro (çıxarış) olmasını tələb edir. Çıxarışda xüsusi şərtlər və həcm göstərilməklə bütün daşınmaların siyahısı əks olunur. Sığorta haqqı müqavilənin keçərli olduğu müddət ərzində bəlli hallar üçün və ya müəyyən bir müddət ərzində hesablanıla bilər.