Yüklərin böyük miqdarda və sərfəli
qiymətə daşınma imkanina görə, dəmir yolu nəqliyyatı ilə yük daşımalarına böyük
tələbat vardır.
Dəmir yolu konteynerləri standart
ölçülərə sahibdirlər və ehtiyac olduğu halda onları nəqliyyatın istənilən növü
ilə - avtomobil, hava və ya dəniz nəqliyyatı ilə daşımaq mümkündür. Beynəlxalq
dəmir yolu nəqliyyatı xüsusi ehtiyat tələb edən tez qırılan yüklərin “qapıdan
qapıya” daşınması üçün ən təhlükəsiz daşınma növüdür.
Dəmir yolu daşımalarında digər daşınma
növlərindən fərqli olaraq müştəri itkidən, və ya daşınan yükün
zədələnməsindən maksimum dərəcədə sığortalanmışdır.
Dəmir yolu daşımalarının digər daşınma
növlərindən üstünlüyü onun qoşqu növlərinin çoxluğu nəticəsində müxtəlif
parametrli yüklərin istənilən məsafəyə daşınmasına imkan verməsindədir. Biz Sizə dəmir yolu daşımaları üçün
bütün növ vaqonları təklif edirik: yük (bağlı və platfortmalar), həmçinin xüsus
təyinatlı (soyuduculu, sisternalar və digər xüsusi vaqonlar)
Yüklərin dəmir yolu
daşınması beynəlxalq daşımalarda ən geniş yayılan növlərindən biridir.
Bunun səbəbi aşağıdakılardır:
• bütün qitələrdə yerləşən ölkələri əhatə edən inkişaf
etmiş dəmir yolu magistralı;
• hava şərtlərindən kəskin asılılığın olmaması;
• ağır tonnajlı və qeyri standart həcmə malik
yüklərin daşınması;
• vaqonların tutumu və yükgötürmə qabiliyyəti;
• bəlli məhsullar üçün xüsusi düzəldilmiş
vaqonların mövcudluğu.
«CHEMTRAİLS
TECH DMCC» öz müştərilərinə istənilən növ yükün
beynəlxalq dəmir yolları ilə daşınması üçün tam xidmətlər təklif edir:
• optimal çatdırma marşurutunun təyin edilməsi;
• stansiyadan anbara və əks istiqamətdə avtomobil ilə
çatdırılma;
• yükün yerləşdiyi yer barədə müştəriyə məlumatın
verilməsi;
• yükün anbarda və ya müvəqqəti saxlama
anbarında yerləşdirilməsi;
• yükün bərkidilməsi sxemi və onun razılaşdırılması;
• bütün lazımi sənədləşmə işləri;
• dəmir yolu tariflərinin hesablanması və ödənməsi;
• yükləmə boşaltma işləri.